“Barselona”nın müdafiəçisi Jül Kunde İspaniya La Liqasının IX turunda “Real”la oyuna hazırdır.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü “El Klasiko” öncəsi zədəsini sağaldıb.
Kataloniyalıların baş məşqçisi Xavi 24 yaşlı oyunçunun matça qədər sərəncamında olmasını tapşırıb. Çünki çalışdırıcı Jerar Pikeni oynatmaq fikrindən uzaqdır. Kunde onun üçün prioritet seçimdir. Çünki Pikenin Çempionlar Liqasının qrup mərhələsində “İnter”lə görüşdəki (3:3) performansı Xavinin xoşuna gəlməyib.
Qeyd edək ki, sentyabrın 22-də sol bud nahiyəsindən zədə alan Jül Kundenin vəziyyəti artıq qənaətbəxş sayılır. “Real” – “Barselona” oyunu oktyabrın 16-da keçiriləcək.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”