“Shamkir Chess 2015” turnirinin ilk turunda dünya çempionu Maqnus Karlsenlə (Norveç) xalları yarı bölən Vişvanatan Anand (Hindistan) partiya ilə bağlı fikirlərini bildirib: "Öncə turnir barədə danışmaq istərdim. Yarışın sözün əsl mənasında böyük şahmatçı Vüqar Həşimova həsr olunması yaxşı haldı. 3 dəfə müxtəlif yarışlarda onun partiyalarını təhlil etmişəm. Bir neçə dəfə görüşümüz olub. Bilirdim ki, Vüqar mənim fanatım olub. Son dəfə bir saat danışdıq. Elə bir insanın həyatda olmamağı çox pisdi. Karlsenlə oyuna gəlincə, üstünlüyüm var idi. Sadəcə, nədənsə istədiyimi edə bilmədim. Rəqib vəziyyətdən çıxdı. Turnirdə istənilən nəticəyə hazır olmalısan. Bu yarışda çox güclü iştirakçılar var".
Anand Şəmkirə tək gəlməsinin səbəbini də açıqlayıb: "Hər zaman həyat yoldaşım yanımda olur. Sadəcə, Şəmkirə onsuz gəlmişəm. Oğlum balacadı. 4 yaşı var, ona görə səfərə tək çıxmalı oluram".
Dünya çempionu Maqnus Karlsen isə debütdən pis vəziyyət aldığını etiraf edib: "Ananda qarşı xüsusi hazırlaşmışdım. Amma debüt uğurlu olmadı. Üstünlük qazanmadım. Ona görə irəliləmək mümkün olmadı. Oyunun belə alınacağını gözləməzdim. Növbəti partiyalar haqda düşünmək lazımdır".
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB