Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev “Neftçi”yə keçə bilər.
Apasport.az saytının “eurostavka”ya istinadən məlumatına görə, artıq klublar arasında keçidlə bağlı müzakirələr başlayıb.
Lakin hələ rəsmi təklif göndərilməyib. Bakı klubu 26 yaşlı yarımmüdafiəçinin transferi üçün 300 min avro ödəməyə razıdır. Rusiyalılar isə bu keçiddən 500-700 min qazanmaq istəyir.
Quliyevin artıq Azərbaycan vətəndaşlığı aldığı da iddia olunur. Yarımmüdafiəçinin legioner deyil, yerli statusu daşıması da “ağ-qaralar” üçün cəlbedicidir.
Qeyd edək ki, Premyer Liqada legioner limiti 7-yə bərabərdir.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir