
Misli Premyer Liqasının XXII turunda “Səbail”lə qarşılaşan “Qarabağ” ev oyununda 5:0 hesablı qələbə qazanıb.
Apasport.az xəbər verir ki, 75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib
Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.
Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/22 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlib.
- "Neftçi" Bayılda 3 xalı qopartdı - YENİLƏNİB
- Millinin Haiti və Belarusla oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- "Zirə"nin legionerləri milli komandalarına dəvət alıblar
- “Şamaxı” onlarla da müqavilə müddətini uzadıb