Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb
27.07.2024 - 15:48
Yay Olimpiya Oyunları: İdmançılarımızın bugünkü proqramı başa çatıb

İdmançılarımızın  Paris-2024 XXXIII Paris Yay Oyunlarının ilk gündəki çıxışları yekunlaşıb. 

Apasport.az-ın məlumatına görə, bu gün 5 idmançımız 4 fərqli idman növü üzrə mübarizəyə başlayıb. 

Onlardan yalnız biri - akademik avarçəkənimiz Diana Dımçenko qadınların fərdi yarışında 3-cü yeri tutub. Beləliklə, Dımçenko 1/4 final mərhələsinə yüksəlib. 

Digər təmsilçilərimiz isə məğlubiyyətlə üzləşiblər. 

Badmintonçumuz Keişa Fatimə Zəhra N qrupunun ilk matçında çinli rəqibi Bin Çzao Heyə məğlub olub.

48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Leyla Əliyeva 1/16 final mərhələsində Xalimajon Kurbanova ilə qarşılaşıb. Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşmalı olub.

Həmçinin kişilər arasında 60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/8 final mərhələsində koreyalı Kim Von Jimlə üz-üzə gəlib. Əlavə vaxtda 3-cü xəbərdarlığı alaraq rəqibinə məğlub olan Ağayev Parisdə mübarizəni dayandırıb. 

Güllə atıcımız Ruslan Lunyov 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada təsnifat mərhələsində 24-cü yeri tutaraq bu kateqoriyada iştirakını başa vurdu. O, 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

2