Yenə məğlubiyyət, yenə qrup sonuncusu – Azərbaycan yığması
27.09.2022 - 21:21
Yenə məğlubiyyət, yenə qrup sonuncusu – Azərbaycan yığması

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, millimiz II qrupun sonuncu – III turunda Lüksemburqla qarşılaşıb.

Son bir həftədə Bolqarıstana 0:1, Türkiyəyə isə 1:5 hesabı ilə məğlub olan komandamız Bolqarıstanın Albena şəhərində baş tutan qarşılaşmada Lüksemburqa da yenilib. Beləliklə, keçirdiyi hər üç oyunda rəqiblərinə uduzan Azərbaycan millisi yenə xal qazanmadan qrup sonuncusu olub.

U-19-lar arasında AVRO-2023-ün seçmə mərhələsi
II qrup, III tur
27 sentyabr
Azərbaycan – Lüksemburq - 0:1

Albena. Bolqarıstan

1

Türkiyə

3

1

2

0

10-6

5

2

Lüksemburq

3

1

2

0

5-4

5

3

Bolqarıstan

3

1

2

0

2-1

5

4

Azərbaycan

3

0

0

3

1-7

0

1