Yeni loqo "Neftçi"yə neçə min manata başa gəlib? - Eksklüziv
27.06.2024 - 21:55
Yeni loqo "Neftçi"yə neçə min manata başa gəlib? - Eksklüziv

Ötən gün "Neftçi" klubu yeni loqosunu ictimaiyyətə təqdim etdi. Bəs maraqlı videoçarx ilə yeni loqosunu sosial şəbəkədə paylaşan paytaxt təmsilçisi bunun üçün razılaşdığı şirkətə nə qədər məbləğ ödəyib? 

"Apasport"un əldə etdiyi məlumata görə, yeni loqo danışıldığı qədər baha qiymətə başa gəlməyib. 

Belə ki, loqonu tərtib edən şirkətə ödənişlər sırf bir məhsul üçün ödənilməyib. Loqo üçün ayrıca ödəniş alan şirkət, videoçarxı da öz boynuna götürüb. 

Razılaşmaya əsasən, loqonu hazırlayan "Endorphin" şirkəti rejissorluğunu Emil Quliyevin etdiyi videoçarx üçün və loqo üçün ümumi qiymət çıxarıb. 

Əldə etdiyimiz məlumata görə, "Neftçi" ümumilikdə 30 min manata yaxın məbləği "Endorphin" şirkətinə ödəyib. 

Formal olaraq, Bakı klubunun mətbuat xidməti ilə əlaqə saxladıq. Bu barədə bizə hər hansı təkzib mesajı gəlmədi. 

Daha dəqiq desək, loqonun "xərci" düşündüyümüz kimi fantastik qiymətə başa gəlməyib. "Ağ-qaralar" loqo üçün 2550 manat, videoçarx üçün isə 25500 manat şirkətə ödəniş edib. 

Qeyd edək ki, sosial şəbəkələrdə yeni loqonun qiyməti böyük müzakirələrə və marağa səbəb olmuşdu.

0