Yevlax klubu ev oyunlarındakı tamaşaçı sayına görə birincidir
14.06.2024 - 14:35
I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib.
Apasport.az xəbər verir ki, texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.
Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.
Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
0
0