Yığmamız qitə çempionatında ilk oyununa çıxır
02.06.2024 - 13:25
Yığmamız qitə çempionatında ilk oyununa çıxır

Bosniya və Herseqovinada minifutbol üzrə Avropa çempionatına start verilib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışda ilk oyununu bu gün Belçikaya qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

F qrupun digər matçında isə Fransa İtaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Elşad Quliyevin komandası iyunun 3-də İtaliya, ertəsi gün Fransa yığması ilə qarşılaşacaq.

Avropa çempionatı
F qrupu
13:00 Azərbaycan – Belçika

0