Yığmamızda 260-cı futbolçu
16.11.2022 - 21:01
Yığmamızda 260-cı futbolçu

Azərbaycan millisində debüt gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Bəxtiyar Həsənalızadə ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib.

“Sabah”ın müdafiəçisi yoldaşlıq görüşündə Moldova önünə start heyətində meydana çıxıb. Bəxtiyar yığma tarixinə 260-cı kimi düşüb. Bunadək 284 matça çıxan millidə 259 futbolçu forma geyinib.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə əvvəlki dönəmdə milliyə dəvət alsa da, indiyə qədər meydana çıxmamışdı.

0