Yığmamızda itki
22.09.2022 - 23:07
Yığmamızda itki

Azərbaycan millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Riçard Almeyda Millətlər Liqasının son turunda yığmamıza kömək etməyəcək.

O, V turun Slovakiya ilə hazırda davam edən matçında sarı vərəqə alıb. Bu, braziliyalı yarımmüdafiəçinin turnirdə 2-ci xəbərdarlığı olub. Bu üzdən Riçard üç gün sonra Qazaxıstana qarşı keçiriləcək oyunu buraxacaq.

Qeyd edək ki, Trnavada davam edən qarşılaşmada hesab açılmayıb.
 

0