
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınar karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş yarımmüdafiəçi “Giresunspor” klubu ilə anlaşıb.
“Trabzonspor”un yetirməsi olan və müxtəlif dövrlərdə başqa klublara icarəyə verilən 23 yaşlı orta sahə oyunçusu yenə eyni şərtlərlə Trabzon təmsilçisini tərk edib. “Giresunspor”un prezidenti Hakan Karaahmet “Trabzonspor”dakı həmkarı Ahmet Ağaoğlu ilə görüşərək, Muratın birillik icarəyə verilməsi məsələsində onunla anlaşıb. Gənc oyunçunun bu gün giresunluların Erzurum toplanışına qatılması gözlənilir.
Qeyd edək ki, Murat Cem Akpınar 2016-cı ildə U-17 yığmamızın heyətində 4 yoxlama görüşündə iştirak edib. Onun “Trabzonspor”la müqaviləsi 2026-cı ilə qədərdir.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO