Yığmamızın hücumçusunun “Qrasshopper”ə transfer qiyməti açıqlandı
18.07.2022 - 12:42
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Qrasshopper”ə transferinin detalları müəyyənləşib.
Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, İsveçrə klubu bu keçid müqabilində “Vulverhempton”a təzminat ödəyib.
“Qrasshopper”in 23 yaşlı forvardın transferi qarşılığında İngiltərə təmsilçisinə 315 min funt sterlinq ödədiyi vurğulanıb. Bu isə təxminən 636 min manatdır. Yığmamızın üzvü isveçrəlilərlə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında “Qrasshopper”də çıxış edib.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
1