Yığmamızın uğursuz gün ARZUSU
15.11.2022 - 00:00
Yığmamızın uğursuz gün ARZUSU

Azərbaycan millisi növbəti oyununu noyabrın 16-da keçirəcək.

Apasport.az saytının məlumatına görə, Moldova ilə Kişinyovdakı qarşılaşma yığmamızın bu tarixdə keçirəcəyi 4-cü matçdır.

Komandamız indiyədək üç dəfə noyabrın 16-da meydana çıxıb. Hər üç görüşdə uduzan millimiz qol da vura bilməyib.

Bu oyunların hamısını evdə keçirən millimiz Avropa çempionatlarının seçmə matçlarında uduzub. İlk dəfə səfərdə və yoldaşlıq xarakteri daşıyacaq duelə çıxacaq yığma uğursuz gün sindromunu qırmalıdır.

AVRO-1996-nın seçmə oyunu
16 noyabr 1994. Trabzon. Azərbaycan – İsrail - 0:2
AVRO-2016-nın seçmə oyunu
16 noyabr 2014. Bakı. Azərbaycan - Norveç - 0:1
AVRO-2020-nin seçmə oyunu
16 noyabr 2019. Bakı. Azərbaycan - Uels - 0:2
 

0