Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi “Qarabağ”ın azarkeşləri xoşagəlməz halla üzləşib.
Ağdam klubunun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, matçın baş tutacağı stadiona yollanan 20-yə yaxın azərbaycanlı azarkeş “Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb.
Yalnız polisin müdaxiləsindən sonra onların təhlükəsizliyini təmin etmək mümkün olub. Təhlükəsizlik əməkdaşları bundan ötrü gözyaşardıcı qazdan da istifadə edib. Məsələyə “Qarabağ” rəhbərliyi də biganə qalmayıb. Ağdam təmsilçisinin müdaxiləsindən sonra “Qarabağ” azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.
Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
- Prezident: U-20 Dünya çempionatını Azərbaycanda və Özbəkistanda təşkil etmək ortaq tarixi nailiyyətdir
- Samir Abasov dörd oyunluq cəza alıb
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib