Yuri Maksimov: “Nəyimiz varsa, onunla da davam edəcəyik”
16.10.2026 - 21:54
Yuri Maksimov: “Nəyimiz varsa, onunla da davam edəcəyik”

Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan" "Sumqayıt"a məğlub olub - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "bozqurdlar"ın baş məşqçisi Yuri Maksimov oyunla bağlı fikirlərini bildirib: 

"Birinci hissədə pis oynamırdıq. Hesab da öndə idik, bunu davam etdirmək lazım idi. İnam yox idi, qollar buraxdıq. Elə qollar buraxdıq ki, bu cür qollar buraxmaq olmaz".

- Matçdan sonra klub rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Nə dedi sizə?
- 
Bu, komanda daxili məsələdir. Nəsə deyə bilmərəm.

- Fasilədən sonra nə baş verdi? İlk hissədə dominant oynayırdınız, sonra bunun davamını gətirə bilmədiniz...
- 
Futbolçular hesabı saxlamaq istədilər. Öz səhvlərimizdən qollar buraxdıq.

- Bir aya yaxındadır ki, baş məşqçi postundasınız. Bu kollektivin autsayder olması nə dərəcədə realdır? Komandanın potensialı var, yoxsa reallıq budur?
- 
Nəyimiz varsa, onunla da davam edəcəyik. Əlbəttə ki, işimizə davam edəcəyik.

- Bu mövsüm qarşınıza avrokubok hədəfi qoyulub? Narahat deyilsiz ki, siz də sizdən əvvəlki həmkarlarınızın yaşadığı aqibəti yaşayarsınız?
- 
Məşqçi işi belədir, nə etmək olar? Qarşıda nə olacaq, bilmirəm.