
“Zirə”nin yeni transferlərindən olan Yusuf Laval hələ ki, komanda ilə məşqlərə başlamayıb.
Apasport.az saytına verilən məlumata görə, zədəli olan yarımümdafiəçi hələ ki, müalicə olunur.
“Zirə”yə Portuqaliyanın “Aruka” klubundan keçmiş Laval Bakıda müalicə olunur. Onun ən yaxşı halda 6 həftə sonra tam hazır olacağı ehtimal edilir. Futbolçunun müalicəsi və bərpa prosesi tez gedərsə, Lavalın komandaya qoşulması ən yaxşı halda 4 həftə çəkə bilər.
26 yaşlı nigeriyalı futbolçu 2026-cı il iyunun 30-na qədər “Zirə”yə məxsus olacaq. Qəsəbə təmsilçisi sonradan onunla müqavilə müddətini bir illik də artıra biləcək.
Qeyd edək ki, Laval “36 Lion” (Nigeriya), “Lokeren” (Belçika), “Neftçi” komandalarında oynayıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL