“Zafar” 1/8 finalda
02.09.2022 - 20:10
“Zafar” 1/8 finalda

“Alfa Liqa”nın son finalçısı “Zafar” komandası Astana Futbol Liqasının (AFL) dəvətiylə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən sayca doqquzuncu “Qızıl Payız” turnirində iştirak edir. 

Apasport.az saytının məlumatına görə, tərkib hissəsi əsasən milli komandanın futbolçularından ibarət “Zafar” komandası qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə təmsilçimizin rəqibi  Aktaunun “Kezbi” kollektividir. Görüş sentyabrın 3-ü saat 10:30 da başlanacaq.

E qrupu 
I tur
Zafar (Bakı) 1:2 Jambıl (Taraz) 
⚽️ Təmraz Əmircanov 9’
⚽️ Əli Sauranbaev 29’
⚽️ Serikjan Taykenov 40’

II tur
Alixan-Akaral (Aktau) 0:4 Zafar (Bakı)
⚽️ Samir Həmzəyev 4’ 14’
⚽️ Təmraz Əmircanov 31’
⚽️ Asif Zeynalov 39’

III tur
Zafar (Bakı) 1:0 Alaş (Nur Sultan)
⚽️ Pərviz Qaraxanov 5’

0