Zamiq oynadı, komandası məğlub oldu
28.09.2024 - 01:10
Zamiq oynadı, komandası məğlub oldu

Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, həmyerlimiz Zamiq Əliyevin şərəfini qoruduğu “Eqnatiya” da növbəti matçına çıxıb.

Komanda “Partizani”ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə nəticələnib - 2:0.

Əliyev 90 dəqiqə meydanda olub. O, matçın 56-cı dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. 

Qeyd edək ki, "Eqnatiya" 11 xalla turnir cədvəlində üçüncüdür. 

0