I Liqanın 2-ci turunun "Cəbrayıl" - "Zaqatala" matçından (0:0) sonra qonaqların baş məşqçisi Rüstəm Məmmədov apasport.az saytına açıqlama verib.
“Çox gərgin oyun oldu. 5 gün öncə də “Qəbələ” ilə ağır matç keçirmişdik. Hətta həmin görüşdə bir neçə futbolçumuz zədələnmişdi. Bərpa üçün yetərincə vaxtımız olmadı. Buna baxmayaraq futbolçularım əllərindən gələni etdilər. Meydana qələbə üçün çıxmışdıq. Müəyyən çətinliklər yaşandı. Öncədən də düşünürdük ki, kim qol vursa, o qalib gələcək. Rəqibi yetərincə analiz etmişdik. Keyfiyyətli heyət, yaxşı oyun planları var. Bizim də inamlı müdafiəmiz öz etibarlılığını qoruyur. Hücumda müəyyən çatışmazlıqlarımız var. Son nöqtəni qoymaqda çətinlik yaşayırıq. Bunun üzərində çalışırıq. Zədəlilərimizin komandaya dönməsindən sonra tamam fərqli oyun göstərəcəyik”.
- Cəlal Cəbrayılov başında sarğı ilə sonadək mübarizə apardı. Özü əvəzlənmək istəmədi, yoxsa siz belə qərar verdiz?
- Bəli, Cəlal özü əvəzlənmək istəmədi. Biz artıq onu meydandan çıxarmağa hazırlaşırdıq. Lakin həkim rəyindən və öz qərarından aslı olaraq oyunu davam etdirdi. Zərbə aldığı nöqtədə ciddi bir xəsarət yaranmamışdı. Həkim nəzarəti altında qarşılaşmaya davam etdi.
- İki səfər oyununda həm “Qəbələ”dən, həm də “Cəbrayıl”dan xal almağı bacarmısız. Bu il çempionluq mübarizəsində sizi də görəcəyikmi?
- Biz özümüzü favoritlərdən biri hesab edirik. Həm oyunumuzla, həm də nəticələrimizlə bunu sübut etdik. Bu il I Liqada aşkar favorit görmürəm. Məşqçi olaraq matçların hamısını izləyirəm. Bütün komandaların bərabər olduğunu düşünürəm. Təbii ki, “Qəbələ”, “Baku Sportinq”, “Karvan”, “İmişli” kimi komandaların heyətində təcrübəli futbolçular çoxdur. Amma yaxşı heyət yığmaqla komanda oyunu nümayiş etdirmək fərqli şeylərdir. Biz də çempionluq yarışından qopmayacağıq. Qarşımıza ən azından ilk 3-lükdə qərarlaşmağı hədəf qoymuşuq. Gücümüz və futbolçularımızın potensialı var. Bütün matçlarda canımızı sona qədər meydanda qoyub, döyüşürük.
İsmayıl Xeyrullayev
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”