
Misli Premyer Liqasında “Zirə” - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, buna qonaqların PFL-ə müraciəti səbəb olub.
Müraciətdə bildirilib ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq. Buna görə “Araz-Naxçıvan” “Zirə” ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün ilk turunun avqustun 18-də keçirilməsi planlaşdırılan görüşünün ertəsi gün oynanılmasını xahiş edib.
“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq PFL “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının avqustun 19-da saat 20:00-da “Zirə” İK stadionunda start götürməsinə qərar verib.
- Ceyhun Sultanov: "Santuşun bir ildə edə bilmədiyini Ayxan bir oyunda etdi"
- I Liqa: III tura yekun vurulub
- Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb
- Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş 4-cü Ənənəvi Futbol Turnirinə start verilir
- "Qarabağ" tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verib