“Zirə” - “DAK 1904” matçının biletləri bu tarixdən satışa çıxarılacaq
22.07.2024 - 17:17

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyununun biletləri iyulun 23-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.
Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- Valdas Dambrauskas: “Sabah"ın öz kimliyini yaratmalıyıq”
- Millətlər Liqası: Yığmamız bürünc medal qazanıb
0
0