“Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirildi
03.09.2022 - 16:41
“Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası (PFL) açıqlayıb.

“Zirə” quruma rəsmi məktubla müraciət edib. Klub ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olması ilə bağlı Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib.

Stadionun vəziyyətini, “Zirə” klubunun rəsmi müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib. Məsələ ilə bağlı “Qəbələ” İdman Klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, “Zirə” mövsümün əvvəlki ev oyunlarını da “Dalğa Arena”da keçirib.

0