“Zirə” sabiq futbolçusunu transfer edib
13.06.2024 - 17:31
“Zirə” sabiq futbolçusunu transfer edib

“Zirə” komandası sabiq futbolçusunu transfer edib.

Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, gürcüstanlı hücumçu Davit Volkovla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan D.Volkov 2020-2022-ci illərdə də paytaxt təmsilçisinin şərəfini qoruyub. Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah” klublarında çıxış edib.

0