Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün ikinci yoxlama görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bürünc mükafatçısı yerli komanda ilə üz-üzə gəlib.
Rəşad Sadıqov yetirmələrini TFF I Liqa təmsilçisi “Eyüpspor”la matçda sınayıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Bununla “Zirə”nin Türkiyə toplanışı başa çatıb. Sabah Vətənə dönəcək komanda qardaş ölkədəki ilk sınaq görüşündə Rumıniya təmsilçisi “Hermanştadt”a 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Zirə” bu mövsüm Azərbaycanı Konfrans Liqasında təmsil edəcək. Bakılılar II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si (İsrail) ilə iyulun 21-də evdə, 28-də isə səfərdə qarşılaşacaq.
Yoxlama görüşü
6 iyul
18:00. “Zirə” – “Eyüpspor” (Türkiyə) - 0:0
Bolu
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ