“Zirə”də “Makkabi” ilə oyunöncəsi itki
20.07.2022 - 17:50
“Zirə”də “Makkabi” ilə oyunöncəsi itki

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si (İsrail) ilə oyunöncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc çalışdırıcının sözlərinə görə, təcrübəli müdafiəçi dünən məşq zamanı zədələnib. 35 yaşlı mərkəz müdafiəçisi 7-10 gün müddətinə komandasına kömək edə bilməyəcək. Bu isə o deməkdir ki, Ruslan “Makkabi” ilə hər iki matçı buraxacaq.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək “Zirə” – “Makkabi” görüşü saat 20:00-da başlayacaq.
 

0