
"Zirə" PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
Klubdan apasport.az saytına verilən məlumata görə, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və komandanın Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.
"Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL