“Zirə”də yeni 2 illik müqavilə
18.08.2022 - 12:30
“Zirə”də yeni 2 illik müqavilə

“Zirə”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Dimitrios Çantakiasla müqavilənin müddətini artırılıb.

27 yaşlı futbolçu ilə yeni 2 illik sözləşmə imzalanıb. Yunanıstanlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Çantakias 2020-ci ildən “Zirə”nin şərəfini qoruyur.

0