"Zirə"də yeni təyinat - RƏSMİ
23.06.2026 - 14:10
"Zirə"də yeni təyinat - RƏSMİ

Eltun Yaqublu “Zirə”nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çalışdırıcı ilə iki illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Eltun Yaqublu 2020-2025-ci illər aralığında “Zirə”də məşqçi kimi fəaliyyət göstərib