“Zirə”dən iki transfer
16.08.2022 - 17:57
“Zirə”dən iki transfer

"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib. 

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb. 

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib. 

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

0