“Zirə”dən səfər qələbəsi - YENİLƏNİB
05.08.2022 - 21:27
“Zirə”dən səfər qələbəsi - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan çempionatının 2022/23 mövsümü start götürüb.

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının I turu “Dalğa Arena”da başlayıb.

Sayca 31-ci ölkə çempionatının ilk görüşündə “Kəpəz” “Zirə”ni qəbul edib. Qarşılaşma Bakı klubunun hücumları şəraitində keçib.

Oyun ərzində üstünlüyə sahib olan qəsəbə klubu ilk hissədə hesabı açıb. Mohammed Hamdaui mövsümün ilk qolunun müəllifi olub.

Lakin qonaqlar üstünlüyünü qoruya bilməyib. Gəncə təmsilçisi fasiləyədək hesaba tarazlıq gətirib. Mixail Erqemelidze “Zirə”nin qapısına yol tapıb. 

Matçın sonlarında qırmızı vərəqə alan Dmitrios Çantakias “Zirə”ni azlıqda qoyub. Buna baxmayaraq, Rəşad Sadıqovun yetirmələri xal itkisindən uzatma dəqiqəqələrində qaça bilib. Sərtan Taşkın görüşdə üçüncü qolu vuraraq komandasına 3 xal qazandırıb – 2:1.

Bu oyun Azərbaycan çempionatında ilk dəfə VAR-dan istifadə olunması ilə  tarixə düşüb. Qarşılaşmanın sonlarında “Kəpəz”in oyundankənar vəziyyətdən vurduğu top qeydə alınmayıb.

Qeyd edək ki, dörd gün davam edəcək tur avqustun 8-də yekunlaşacaq.


Misli Premyer Liqası
I tur
5 avqust
19:30. “Kəpəz” – “Zirə” - 1:2

Qollar:  Mixail Erqemelidze, 45 - Mohamed Hamdaui, 32, Sərtan Taşkın, 90+5
Qırmızı vərəqə: Dmitrios Çantaklias, 83

“Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov, 2. Zamiq Əliyev, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Yaşar Vahabzadə

“Zirə”: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev, 64. Mahmud Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
Baş hakim: Əliyar Ağayev
Bakı. “Dalğa Arena”

0