"Zirə"nin futbolçusu "Kəpəz"də - RƏSMİ
15.10.2025 - 12:28
"Zirə"nin futbolçusu "Kəpəz"də - RƏSMİ

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Apasport.az xəbər verir ki, "sarı-göylər" Şahmar Aşurovu heyətinə qatıb.

Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Xatırladaq ki, Aşurov son olaraq "Zirə" klubunun formasını geyinib.