“Zirə”nin mümkün rəqibi müəyyənləşdi
27.07.2022 - 23:52

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün “Zirə”nin növbəti raunddakı mümkün rəqibi bəlli olub.
Sabah Təl-Əviv “Makkabi”si ilə qarşılaşacaq təmsilçimiz 0:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilsə, Yunanıstan “Aris”i ilə qarşılaşacaq. Ellada təmsilçisi II təsnifat mərhələsinin Belarusdakı cavab görüşündə “Qomel”ə 2:1 hesabı ilə qalib gəlib. Ötən həftə 5:1 hesablı ev qələbəsi qazanan “Aris” növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-də və 11-də keçiriləcək.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
0
0