“Zirə”nin potensial rəqibindən darmadağın
22.07.2022 - 00:09
“Zirə”nin potensial rəqibindən darmadağın

“Zirə”nin Konfrans Liqasındakı mümkün rəqiblərinin ilk oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin Yunanıstandakı matçında “Aris” “Qomel”i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbə ilə başa çatıb. 5:1 hesablı darmadağına sevinən Ellada təmsilçisi növbəti mərhələyə böyük addım atıb. Komandalar arasında cavab görüşü bir həftədən sonra baş tutacaq.

Qeyd edək ki, Təl-Əviv “Makkabi”sini qəbul edən “Zirə” ilk oyunda 0:3 hesabı ilə uduzub.
 

0