"Zirə"nin qapıçısı: “Neftçi” ilə görüşdə qələbə qazanmaq istəyirik"
17.04.2024 - 15:41
"Zirə"nin qapıçısı: “Neftçi” ilə görüşdə qələbə qazanmaq istəyirik"

“Zirə”nin qolkiperi Tiaqo Silva apasport.az saytına açıqlama verib.

Braziliyalı qapıçı Premyer Liqanın 30-cu turunda “Sumqayıt”la bərabərliyi şərh edib. Bununla yanaşı, növbəti turdakı “Neftçi” matçından gözləntilərini bölüşüb:

“Sumqayıt”a qarşı matç olduqca maraqlı alındı. Həm bizim, həm də onların qələbə qazanmaq şansı var idi. Yaxşı oyun alındı. Lakin artıq həmin görüş geridə qaldı. İndi bizi qarşıda “Neftçi”yə qarşı matç gözləyir. 

Bu matça yaxşı hazırlaşırıq və yalnız həmin oyunu düşünürük. Anlayırıq ki, “Neftçi” güclü komandadır. Lakin istənilən halda, hazırlaşırıq və biz bu görüşdə qələbə qazanmaq istəyirik. Qazanacağımız qələbə bizi ikinci pilləyə kimi yüksəldə bilər. İnanıram ki, istədiyimiz nəticəni qazana biləcəyik”.

Qeyd edək ki, Premyer Liqanın 31-ci turunun "Zirə" - "Neftçi" görüşü aprelin 20-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

0