Zubir “10”la ONA doğru
15.09.2022 - 22:18
Zubir “10”la ONA doğru

Azərbaycan klublarının avrokuboklardakı bombardirlərinin siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Abdullah Zubir qol sayını 10-a çatdırıb.

Fransalı legioner öz ölkəsini təmsil edən “Nant”ın qapısına yol tapıb. Avropa Liqasının II turunun hazırda davam edən görüşündə hesabı 2:0-a çatdırıb.

Zubir bununla da Azərbaycan klublarının 2-ci bombardiri adını qazanıb. O, bunadək şərik olduğu komanda yoldaşları Filip Ozobiçlə və Kadi Borqesi arxada qoyub.

10 qola çatan Abdullah mütləq rekordçu Reynaldoya bir addım da yaxınlaşıb. Braziliyalının aktivində 11 top var.

Azərbaycan klublarında avrokuboklarda ən azı 8 qol vuranlar
1. Reynaldo Silva - 11
2. Abdullah Zubir - 10
3-4. Filip Ozobiç - 9
Kadi Borqes - 9
5-8. Dani Kintana - 8
Emin Mahmudov - 8
Rəşad Sadiqov - 8
Riçard Almeyda - 8
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...