3x3 basketbol üzrə "Qadınlar Liqası"nın qalibi bəlli olub
01.06.2025 - 20:55
3x3 basketbol üzrə "Qadınlar Liqası"nın qalibi bəlli olub

Bu gün Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Qadınlar Liqası"nın final mərhələsinin oyunları baş tutub.

Apasport.az xəbər verir ki, əsas mərhələnin final görüşündə "RİOEUGİM 2" ilə "AzStars" komandası üz-üzə gəliblər.

Oyunu "RİOEUGİM 2" komandası 16-10 hesablı qələbə ilə tamamlayaraq "Qadınlar Liqası"nın çempionu olub.

Final oyununun ən dəyərli basketbolçusu (MVP) "RİOEUGİM 2" komandasının üzvü Leyla Abdullayeva seçilib.

Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmiləri təqdim ediblər.