ABL: “Gəncə” pley-off mərhələsində
13.04.2025 - 18:44

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, “Lənkəran” evdə də “Gəncə”yə məğlub olub - 74:100.
Komandaların ilk görüşündə də Gəncə təmsilçisi qələbə qazanmışdı - 96:92.
Beləliklə, "Gəncə" pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, pley-in mərhələsinin digər qarşılaşmaları sabah olacaq.
Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi, ikinci oyunlar
14:00. "Lənkəran" - "Gəncə" 74:100 (19:24, 18:21, 23:29, 14:26)
0
0