ABL: Üç dövrədən sonra "A" və "B" qruplarına region klubları başçılıq edir
01.03.2025 - 16:25

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun son oyunu ilə 3-cü dövrəyə yekun vurulub.
Apasport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli komanda "Lənkəran"ı qəbul edib.
Oyun "B" qrupunun güclü klublarından sayılan "Şəki"nin 81-75 hesablı qələbəsi ilə bitib.
Geridə qalmış 15 turdan sonra "A" qrupuna "Naxçıvan", "B" qrupuna isə "Gəncə" klubu liderlik edir.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü sonuncu dövrəyə 3 martdan etibarən start veriləcək.
0
0