Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulacaq
31.03.2026 - 12:32
Azərbaycan Basketbol Liqasında mövsümə yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, XX turun sonuncu oyunu A qrupunda keçiriləcək.

“Sabah” “Abşeron Lions”la qarşılaşacaq.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Turnir cədvəlində “Sabah” 37 xalla liderdir. “Abşeron Lions” isə 36 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sərhədçi” “Sumqayıt”ı (93:89), “Ordu” “Lənkəran”ı (107:65), “Naxçıvan” “Quba”nı (103:96), “Gəncə” “Şəki”ni (84:73), “Neftçi” NTD-ni (93:83) məğlub edib.