Beynəlxalq dərəcəli hakim karyerasını başa vurub
17.08.2025 - 19:55
Beynəlxalq dərəcəli hakim karyerasını başa vurub

Bu gün beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov son oyununu idarə edərək karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

FİBA bayrağı altında Gürcüstanda keçirilən U-16 Avropa Çempionatının A divizionunda Sloveniya və İtaliya (79:71) arasında 3-cü yer uğrunda qarşılaşma Azərbaycan referisinin son görüşü olub.

Ələkbər Həsənov FİBA-nın gələcək yarışlarında artıq instruktor kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, o, hakimlik karyerasına 1995-ci ildə başlayıb və bu sahəyə 30 ilini həsr edib.