Cedi Osman Yunanıstanda qaldı - PAOK-la müqavilə
11.07.2026 - 00:33
Cedi Osman Yunanıstanda qaldı - PAOK-la müqavilə

Türkiyə millisinin basketbolçusu Cedi Osman karyerasını Yunanıstanda davam etdirəcək.

Apasport.az xəbər verir ki, 30 yaşlı forvard PAOK klubu ilə müqavilə imzalayıb.

Tərəflər arasında bağlanan sazişin detalları açıqlanmayıb. Bununla da Cedi Osman yenidən Yunanıstan çempionatında çıxış edəcək.

Qeyd edək ki, Cedi Osman karyerası ərzində "Anadolu Efes", "Cleveland Cavaliers", "San Antonio Spurs" və son olaraq Yunanıstanın "Panatinaikos" komandalarının formasını geyinib.

Türkiyə millisinin aparıcı basketbolçularından olan Osman 2024/25 mövsümündə "Panatinaikos"la Yunanıstan çempionu olub.