
"Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XV turunun "Şəki" ilə oyununu (75:81) dəyərləndirib:
"Komandamız bu matçda mübariz oyun sərgilədi və qələbə qazanmaq üçün çalışdı. Bu gün 7 nəfərdə ibarət qısa heyətlə mübarizə apardıq. Qələbə qazanmaq üçün əla şansımız var idi. Amma təəssüf ki, bunu bacarmadıq. Oyunun sonlarında bir neçə 100 faizlik epizoddan yararlana bilmədik. Bu da azmış kimi əsas oyunçularımızdan olan Maykl Karter matçın sonlarında cərimə limitinə görə bizə kömək edə bilmədi. Məhz bu amillər yekunda mövcüd hesaba gətirib çıxardı".
Qeyd edək ki, "Lənkəran" mövsümdə 12-ci dəfə uduzub.