Mollenhauer 3x3 basketbol üzrə dünya reytinqində liderdir
10.07.2026 - 12:31
3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer FIBA-nın fərdi dünya reytinqində birinci pillədə qərarlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Yığmanın digər oyunçusu Erika Karter sıralamada dördüncüdür.
Xatırladaq ki, 3x3 basketbol üzrə fərdi dünya reytinqi son 12 ay ərzində FIBA tərəfindən təsdiqlənmiş turnirlərdə əldə olunan ən yaxşı 9 nəticə əsasında hesablanır.
0
0