NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu
05.03.2025 - 15:35
NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu

NBA-da müntəzəm mövsüm davam edir.

Apasport.az xəbər verir ki, bu gün 9 matç keçirilib.

“Los-Anceles Leykers” doğma meydanda "Nyu Orleans Pelikans"ı 136:115 hesabı ilə məğlub edərək, müntəzəm mövsümdə ardıcıl yeddinci qələbəsini qazanıb.  

Türkiyə millisinin üzvü Alperen Şengünün 25 xal, 9 ribaund və 7 asistlə oynadığı matçda “Hyuston Rokets” "İndiana Peysers"ə 115:102 hesabı ilə uduzub.  

NBA

Müntəzəm mövsüm

"İndiana Peysers" - “Hyuston Rokets” – 115:102

“Atlanta Huks” - "Miluoki Buks" – 121:127

"Çikaqo Bullz" - “Klivlend Kavalyers” – 117:139

“San Antonio Spörs” - “Bruklin Nets” – 127:113

“Los-Anceles Leykers” - "Nyu Orleans Pelikans" – 136:115

“Orlando Meqiç” - "Toronto Raptors” – 113:114

“Nyu York Niks” - "Qolden Steyt Uorriors" – 102:114

"Minnesota" - “Fladelfiya” – 126:112

“Finiks Sanz” - “Los-Anceles Klippers” – 119:117.