NTD-də ayrılıq
29.03.2026 - 17:46
NTD-də ayrılıq

Azərbaycan Basketbol Liqası təmsilçisi NTD-də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Kobi Montqomeri komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, ABŞ-li basketbolçu NTD klubuna mövsümün əvvəlində qoşulmuşdu.