“Ordu”nun yeni transferi: “Rəhbərlikdən çox yaxşı dəstək görürəm”
23.03.2025 - 14:32
“Ordu”nun yeni transferi: “Rəhbərlikdən çox yaxşı dəstək görürəm”

“Yeni bir ölkədə yeni komanda ilə basketbol oynayacağım üçün çox şadam".

Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun yeni transferi Jervon Pressley deyib.

Jervon komanda yoldaşlarının çox mehriban və istedadlı oyunçular olduğunu vurğulayıb:

"Məşqçilər heyəti və rəhbərlikdən çox yaxşı dəstək görürəm. Basketbol Liqasında maraqlı mübarizə gedir. İnanıram ki, mövsümün sonunda istədiyimiz məqsədə nail ola biləcəyik”.