Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı
05.01.2026 - 00:01
Türkiyə derbisi: Azarkeşlər zaldan çıxarıldı

Türkiyə Basketbol Super Liqasının XIV turunda “Beşiktaş” doğma meydanında “Fənərbaxça Beko” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” oyunda 101:87 hesabı ilə qələbə qazanıblar.

Bu nəticə ilə İstanbul təmsilçisi “qara qartallar”ın 13 oyunluq qələbə seriyasına son qoyub. Eyni zamanda “Beşiktaş” mövsümdə ilk məğlubiyyətini yaşayıb.

Qarşılaşmanın 4-cü periodunda “Fənərbaxça” 93:77 hesabı ilə öndə olarkən, təhqiramiz şüarlar səbəbilə oyuna ara verilib və hakimlər soyunub-geyinmə otağına yollanıblar.

Zal boşaldıldıqdan sonra qarşılaşma yenidən davam etdirilib.