AL: “Beşiktaş”ın potensial rəqibləri müəyyənləşib
21.07.2025 - 15:25
AL: “Beşiktaş”ın potensial rəqibləri müəyyənləşib

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilib.

"Beşiktaş"ın bu mərhələdəki potensial rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi "Reyncers" - "Panatinaikos" cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.