Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin IV turunun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Norveçdə “Bodo-Qlimt”lə üz-üzə gəlib.
Türkiyənin “Qalatasaray” klubu İstanbulda “Tottenhem”i qəbul edib. "Cimbom" 3:2 hesablı qələbəyə sevinib.
“Fənərbaxça” isə Niderlandda “Alkmaar”ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 3:1.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45. "Budyo Qlimt" (Norveç) – "Qarabağ" (Azərbaycan) 1:2
21:45. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Slaviya" (Çexiya) 1:0
21:45. "Elfsborq" (İsveç) – "Braqa" (Portuqaliya) 1:1
21:45. FKSB (Rumıniya) – "Midtyullann" (Danimarka) 2:0
21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə) 3:2
21:45. "Ludoqorets" (Bolqarıstan) – "Atletik" (İspaniya) 1:2
21:45. "Nitsa" (Fransa) – "Tvente" (Niderland) 2:2
21:45. "Olimpiakos" (Yunanıstan) – "Reyncers" (Şotlandiya) 1:1
21:45. "Yunion" (Belçika) – "Roma" (İtaliya) 1:1
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrail) 5:0
00:00. "Alkmaar" (Niderland) – "Fənərbaxça" (Türkiyə) 3:1
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan) 0:4
00:00. "Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa) 2:2
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya) 2:1
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan) 2:0
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya) 2:1
00:00. RFS (Latviya) – "Anderlext" (Belçika) 1:1